"Forbes" jurnalı son 12 ay ərzində dünyanın 25 yaşadək ən yüksək gəlirli idmançılarının reytinqini dərc edib.
Offsideplus.az xəbər verir ki, siyahıya "Mançester Siti"nin hücumçusu Erlinq Holand başçılıq edir - onun gəliri 80 milyon dollar təşkil edib.
İlk altılıq belədir:
1. Erlinq Haaland (futbol) – 80 milyon dollar;
2. Entoni Edvards (basketbol) – 69 milyon dollar;
3. Karlos Alkaras (tennis) – 61,5 milyon dollar;
4. Vinisius Junior (futbol) – 60 milyon dollar;
5. Keyd Kanninqem (basketbol) – 58,6 milyon dollar;
6. Yannik Sinner (tennis) – 54,6 milyon dollar.


