Azərbaycanın geniş idman auditoriyasına malik “Offside”ın məşhur layihələrindən olan “Meydan” verilişi HİT FM-də 6 apreldən etibarən yayıma başlayır.

Verilişin məqsədi Azərbaycanda və xaricdə baş verən ən vacib idman hadisələrini, yenilikləri auditoriyanın diqqətinə çatdırmaqdır.

Yerli və xarici idman sferasında baş verən ən son və maraqlı xəbərlər, müxtəlif çempionatların təhlili həftəiçi hər gün canlı yayımda müzakirə olunacaq. Aytac Sahədin aparıcısı olduğu verilişdə Orxan Sübhan, Ceyhun Rzayev kimi məşhur jurnalistlər, təcrübəli mütəxəssislər və tanınmış idmançılar qonaq olacaq.

“Meydan” radio verilişi həftəiçi beş gün, saat 19:00-dan 20:00-dək efirdə olacaq.

Verilişi Baku HIT FM 97.7-də dinləyə, həmçinin "Offside"ın yutub və sosial media kanalları vasitəsilə canlı izləyə bilərsiniz.