Misli Premyer Liqasında XXVI turun görüşləri keçirilir.
Offsideplus.az xəbər verir ki, "Qarabağ" bu turda autsayder "Karvan-Yevlax"ı qəbul edir.
Görüş saat 19:00-da başlayacaq.
Ağdam təmsilçisi 52 xalla 3-cü yerdədir. Yevlax klubu isə 8 xalla sonuncu - 12-ci yerin sahibidir.
Misli Premyer Liqası, XXVI tur
6 aprel (bazar ertəsi)
19:00 “Qarabağ” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Emin Əliyev
AVAR: Tural Qurbanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: İlham Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu


