"Mançester Yunayted" Coşua Zirkzeenin gələcəyi ilə bağlı qərarını hələ tam dəqiqləşdirməyib.
Offsideplus.az xəbər verir ki, Maykl Kerrikin əsas məşqçi postuna gözlənilən təyinatı hücumçunun komandada qalmaq şanslarını artıran əsas amil ola bilər.
İtaliyanın "Napoli" klubu niderlandlı futbolçu ilə yaxından maraqlansa da, Zirkzenin taleyi böyük ölçüdə öz əlindədir. Əgər o, komandadan ayrılmaq istəsə, MY gələn təklifləri dəyərləndirəcək. Lakin oyunçunun öz yerini geri qazanmaq üçün yenidən mübarizə aparmağa hazır olduğu barədə gözləntilər artır.
Çempionlar Liqasına qayıtmağa hazırlaşan "qırmızı şeytanlar" üçün gələn mövsüm sıx qrafik fonunda heyət dərinliyi böyük önəm kəsb edəcək. Klub daxilində niderlandlı hücumçunun az şans qazanmasına baxmayaraq, peşəkarlığını qoruyan və problem yaratmayan bir futbolçu kimi xarakterizə olunur. O, həmçinin paltardəyişmə otağında da böyük hörmətə sahibdir.


