Azərbaycan Basketbol Liqasında (ABL) pley-in mərhələsinin ikinci oyunlarına bu gün start verilib.

Offsideplus.az xəbər verir ki, günün ilk matçı Şəkidə baş tutacaq. Yerli "Şəki" komandası "Quba"nı qəbul edib.

Şəki Olimpiya İdman Kompleksində keçirilən görüşdə ev sahibləri ikinci oyunda da qələbə qazanaraq növbəti mərhələyə - 1/4 finala yüksəlib.

Onlar rəqibini 43 xal fərq atıb - 120:77.

Günün digər qarşılaşması isə paytaxtda reallaşıb. "Sərhədçi" "Naxçıvan" kollektivini sınağa çəkib. Sərhədçi İdman Mərkəzində təşkil olunan görüşdə qonaq komanda qələbə qazanıb - 93:80

Beləliklə, "Şəki"nin ardınca "Naxçıvan" da 1/4 finala yüksəlib. Onlar bu mərhələdə "Sabah"la qarşılaşacaq.

ABL, pley-in

14:00 "Şəki" - "Quba" 120:77 (29:15, 29:16, 32:15, 30:31) (seriyada hesab - 2:0)

Şəki Olimpiya İdman Kompleksi

20:00  "Sərhədçi" - "Naxçıvan" 80:93 (18:16, 22:28, 20:25, 21:24) (seriyada hesab - 0:2)

Sərhədçi İdman Mərkəzi