Azərbaycan şahmatçıları Polşanın Katovitse şəhərində keçiriləcək fərdi Avropa çempionatında qüvvəsini sınayacaq.

Offsideplus.az xəbər verir ki, mötəbər turnirdə ölkəmizi 14 şahmatçı təmsil edəcək.

Qitə birinciliyində Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xaqan Əhməd, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Gövhər Beydullayeva, Süleyman Süleymanlı, Əli Zuqanov və Ceyhun Hüseynzadə fəxri kürsü uğrunda yarışacaqlar.

Aprelin 7-də start götürəcək çempionat həm də gələn il təşkil olunacaq Dünya Kubokuna vəsiqə qazandıracaq. Turnirdə ümumilikdə 43 ölkədən 502 zəka sahibi iştirak edəcək.

İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq yarışa aprelin 19-da yekun vurulacaq.