Qadın futbolçulardan ibarət Azərbaycan yığması aprelin 7-dən etibarən İspaniyada təlim-məşq toplanışına start verəcək.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov hazırlıq prosesi üçün heyətə 23 futbolçu cəlb edib.
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində millimiz Andorra yığması ilə üz-üzə gələcək. Komandamız ilk oyunu aprelin 14-də səfərdə keçirəcək. Cavab qarşılaşması isə aprelin 18-də doğma meydanda baş tutacaq.
Milli komandamızın heyəti belədir:
| N. | AD/SOYAD | KLUB |
| 1 | Aytac Şərifova | Yüksekova (Türkiyə) |
| 2 | Nərgiz Əliyeva | Giresun Sanayispor (Türkiyə) |
| 3 | Günay İsmayılova | Neftçi |
| 4 | Nigar Mirzəliyeva | Hamburq (Almaniya) |
| 5 | Jalə Məhsimova | Yüksekova (Türkiyə) |
| 6 | Yeliz Açar | Beşiktaş (Türkiyə) |
| 7 | Alina Nəhmədova | Partizan (Serbiya) |
| 8 | Aysun Muradova | Haymana (Türkiyə) |
| 9 | Kamilla Məmmədova | Dirçəliş |
| 10 | Nərgiz Hacıyeva | Şəfa |
| 11 | Aydan Həsənova | Neftçi |
| 12 | Milana Rəhimova | Lyuboten (Şimali Makedoniya) |
| 13 | Diana Məmmədova | Rubin Kazan (Rusiya) |
| 14 | Röya Əliyeva | Neftçi |
| 15 | Sona Rəhimova | Neftçi |
| 16 | Fidan Cəfərova | Hakkarigücü (Türkiyə) |
| 17 | Manə Mollayeva | Neftçi |
| 18 | Vüsalə Seyfəddinova | Neftçi |
| 19 | Coşqunə Əliyeva | Gaziantep Safir (Türkiyə) |
| 20 | Esra Manya | Beşiktaş (Türkiyə) |
| 21 | Peritan Bozdağ | Fənərbağça (Türkiyə) |
| 22 | Sevinc Cəfərzadə | Yüksekova (Türkiyə) |
| 23 | Kristina Bakarandze | Nike Lusso (Gürcüstan) |


