Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası aprelin 13-dən 26-dək təlim-məşq toplanışında olacaq.

Offsideplus.az xəbər verir ki, bu hazırlıq prosesi 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 Dünya Çempionatına hazırlıq xarakteri daşıyır.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Toplanışla əlaqədar olaraq futbolçuların milli komandaya cəlb edilməsini asanlaşdırmaq üçün AFFA və PFL-in təşkil etdiyi yerli liqaların təqvimində müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu barədə ictimaiyyətə daha ətraflı məlumatın veriləcəyi bildirilib.