İtaliya 2032-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi hüququndan məhrum edilə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Bildirilib ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin bildirib.
O, İtaliya hakimiyyətinin idman infrastrukturunun modernləşdirilməsi problemini həll etməsinin vacibliyini vurğulayıb.
A.Çeferin ölkədəki stadionların vəziyyətini kəskin tənqid edib.
Onun sözlərinə görə, infrastruktur problemləri turnirin taleyini sual altında qoyur. Çeferin İtaliyanın Avropada ən pis futbol strukturuna malik olduğunu da qeyd edib.


