“Qalatasaray”ın futbolçusu Uğurcan Çakır Avropa klublarının diqqət mərkəzindədir.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.
Bildirilir ki, "Qalatasaray" Uğurcan üçün minimum 40 milyon avro qiymət qoyub.
Qolkiperin uğurlu çıxışı onun transfer bazarında qiymətini artırıb.
Qeyd edək ki, “sarı-qırmızı”lar 29 yaşlı qapıçını ötən yay “Trabzonspor”dan 30,5 milyon avroya transfer etmişdi.


