"Mançester Yunayted" "Benfika"nın futbolçusu Samuel Dahl ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" isveçli futbolçu üçün Portuqaliya təmsilçisinə yay "transfer pəncərəsi"ndə rəsmi  təklif göndərəcək.

Qeyd edək ki, 2025/26 mövsümündə “Benfika”nın heyətində 46 oyuna çıxan Dahl 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.