"Gəncə" XI turdan təxirə salınmış oyunda NTD ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi rəqibini məğlub etməyi bacarıb - 101:95.

Görüşdən sonra "Gəncə"nin baş məşqçisi Halil Atlı oyunla bağlı klubun mətbuat xidmətinə fikirlərini bildirib:

"Asan oyun olmayacağını bilirdik. Çünki NTD çətin dönəmdən keçir. Can alıb, can verirlər.

Məşqdə çalışdıqlarımızı meydanda reallaşdırdıq. Sadəcə, gözlədiyimızdən daha artıq xalı səbətimizdə gördük. Amma bu da çox normaldır. Rəqibin heyətində yaxşı atışları olan oyunçular var, oyun quruluşları da asanlıqla xal toplamağa hesablanıb. Bizim üçün əla qələbə oldu. Sıx təqvimdən keçirik, bazar günü "Şəki" ilə oynayacağıq, bütün diqqətimiz həmin matça yönəlib".