"Liverpul"un müdafiəçisi Vircil van Deyk bu gecə Çempionlar Liqasında turu keçəcəklərinə inanır.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu komanda yoldaşlarına güvənir:

"Enfild"dəki avrokubok gecələri hər zaman özəldir. Türkiyədəki atmosfer haqqında çox şey danışıldı. Həqiqətən çox səs-küylü və təsirli idi, lakin bilirəm ki, azarkeşlərimiz bu axşam daha çoxunu edəcəklər. "Qalatasaray" ötən həftə bir daha göstərdi ki, təhlükəli və yaxşı təşkilatlanmış komandadır. Onlar hörmətə layiqdirlər və biz bu hörməti göstərəcəyik, lakin mən bu komandaya, bu futbolçu qrupuna inanıram".

Qeyd edək ki, ilk oyunda "Qalatasaray" Mersisayd təmsilçisini 1:0 hesabı ilə məğlub edib.