Azərbaycan Basketbol Liqasında (ABL) XI turdan təxirə salınmış matç baş tutub.

Offsideplus.az xəbər verir ki, NTD və "Gəncə" üz-üzə gəlib.

Görüş bölgə təmsilçisinin qələbəsi ilə başa çatıb - 102:95.

"Gəncə" bu qələbə ilə A qrupunda 3-cü yerə yüksəlib. Onların aktivində 20 xal var.

NTD isə 16 xalla 5-ci yerdədir.