Azərbaycan Velosiped Federasiyası rəhbərliyində dəyişiklik olub.

Offsideplus.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev federasiyanın prezidenti vəzifəsindən istefa verib.

O, xidmət apardığı Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar bu addımı atıb.

Qeyd edək ki, M.Quliyev 2021-ci ilin noyabrından etibarən Azərbaycan Velosiped Federasiyasına rəhbərlik edirdi.