"Sabah” tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına yüksəlib.
Offsideplus.az xəbər verir ki, Vasili Berezutskinin baş məşqçisi olduğu komanda yarımfinalda “Neftçi” səddini keçib – 2:1, 1:1.
“Sabah” turnirin 33 illik tarixində finala adlayan 19-cu komanda olub.
İndiyədək aşağıdakı kollektivlər bu uğura nail olublar:
“Qarabağ” - 12 dəfə
“Neftçi” - 11 dəfə
“Şamaxı” - 6 dəfə
“Xəzər Lənkəran” və “Qəbələ” - hərəyə 5 dəfə
“Kəpəz” - 4 dəfə
“Bakı” - 3 dəfə
“Kür-Nur”, “Şəmkir”, “Sumqayıt” və “Zirə” - hərəyə 2 dəfə
“İnşaatçı” (Bakı), “Şəfa”, “Xəzri”, “MKT-Araz”, “İnşaatçı” (Sabirabad), “Xəzər” (Lənkəran), “Karvan”, “Sabah” - hərəyə 1 dəfə