Dünən "Şəki" "Gəncə" ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, matç "Şəki"nin qələbəsi ilə başa çatıb. Gərgin və həyəcan dolu qarşılaşmadan sonra komandasının qələbəsinə münasibət bildirən Coş Robinson öz hisslərini bölüşüb:

“Oyunu qazandığımız üçün şadam. Oyunun sonuna yaxın bir az çətinliklərimiz oldu, amma komanda olaraq bir yerdə qaldıq, çətinliklərin öhdəsindən gəldik və Final Four-a yüksəldik".

Fərdi performansına da toxunan oyunçu son iki oyunda gözlənilən səviyyədə çıxış edə bilmədiyini bildirib:

“Son iki oyunda çətinlik çəkdim. Hücumda da, müdafiədə də yaxşı oynamadım. Sadəcə yaxşş oynamaq üçün əlimdən gələni etməyə çalışdım, komanda yoldaşlarımı oyuna qatmağa çalışdım və sonra son anlarda xal toplamağa başladım. Düşünürəm ki, bu gecə də bunu etdim".

Rəqib komandanın gücünü də qeyd edən basketbolçu, həm öz komandalarının, həm də rəqiblərinin peşəkar oyunçulara sahib olduğunu vurğulayıb:

“Onların da çoxlu peşəkarları var, bizim kimi".