"Anadolu Efes" baş məşqçi postuna Pablo Lasonu gətirib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İspaniyalı mütəxəssislə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

P. Laso bu postda İqor Kokoşkovu əvəz edib.

58 yaşlı mütəxəssisin karyerasının böyük hissəsi "Real Madrid"də keçib. O, "kral klubu"na 11 illik başçılıq edib.

Madrid təmsilçisi onun rəhbərliyi altında 2 dəfə Avroliqanın qalibi olub.