"Qarabağ” Azərbaycan Kubokunda yeni rekord müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri 12-ci dəfə yarışın finalına yüksəliblər.
Ağdam təmsilçisi dünən “Araz-Naxçıvan”ı mübarizədən kənarlaşdırıb – 0:1, 3:0.
Beləliklə, "Qarabağ" indiyədək 11 dəfə finala vəsiqə qazanan “Neftçi”ni geridə qoyub.
Komanda əvvəlki 11 finalın 8-də kuboku qazanıb. Bu, 1993, 2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22 və 2023/24 mövsümlərində baş verib.
Üç dəfə isə "Qarabağ" finalda uduzub (1995/96, 1997/98 və 1999/2000 mövsümləri).
Qeyd edək ki, kubokda həlledici qarşılaşma "Qarabağ" və "Sabah" arasında mayın 31-də Sumqayıtda keçiriləcək.