Futbol üzrə Azərbaycan Kubokunun ilk finalçısı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, bu arenada "Qarabağ" yarımfinal mərhələsinin cavab görüşündə "Araz-Naxçıvan"ı sınağa çəkib.
Birinci matçda minimal hesabla qalib gələn "Araz-Naxçıvan" tarixində ilk dəfə finala çıxmağa çalışıb.
Ancaq Qurban Qurbanovun komandası mövsümü "qızıl dubl"la başa vurmaq üçün yarımfinal mərhələsini adlamağı bacarıb.
Azərbaycan Kuboku, yarımfinal, cavab oyunu
23 aprel
“Qarabağ” – “Araz-Naxçıvan” 3:0
Yassin Benzia, 65; Nəriman Axundzadə, 70; Toral Bayramov, 77 (pen.)
İlk oyun - 0:1
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17:00
“Qarabağ”: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev
VAR: Kamal Umudlu
***Oyuna fəal başlayan "Araz-Naxçıvan" "Qarabağ"ın qapısı qarşısında ardıcıl hücumlar təşkil edir
***4-cü dəq. Karlos Jatobanın baş zərbəsi zamanı "Qarabağ"ı qoldan qapı dirəyi xilas etdi
***19-cu dəq. "Araz-Naxçıvan"ın ikinci real qol şansı. Felipe Santos qapıçı ilə təkbətək çıxsa da, Koxalski özünü topa daha tez yetirdi. Ramon Maçadonun nəzarətsiz qalmış qapıya göndərdiyi zərbə isə effekti alınmayıb
Birinci hissəni bir cümlə ilə ifadə etsək, belə demək olar: "Qarabağ" özünə bənzəmədi. Ağdam klubu sönük, "dişsiz" oynadı.
***53-cü dəq. İkinci hissədə də ilk real qol vəziyyətini "Araz-Naxçıvan" yaratdı. Felipe Santosun yaxın məsafədən baş zərbəsini Koxalski tutur
***65-ci dəq. "Qarabağ"ın əks-hücumu zamanı "Araz-Naxçıvan"ın cərimə meydançasında qarışıqlıq yaranıb və kuryoz qol olub. Qol Yassin Benzianın adına yazıldı
***70-ci dəq. Leandro Andradenin sağ cinahdan ötürməsini Nəriman Axundzadə qapıdan keçirir - 2:0
***76-cı dəq. Urfan Abbasov cərimə meydançasında əllə oynadığından "Araz Naxçıvanın qapısına penalti təyin edilir. Toral Bayramov şansını boşa vermir - 3:0