FİFA-nın 2021-ci ilin ən yaxşı futbolçusuna verdiyi "The Best" mükafatının sahibi bəlli olub.

Offsideplus.az  xəbər verir ki, Polşa millisinin və "Bavariya"nın "qol maşını" Robert Levandovski ötən ilin ən yaxşı oyunçusu seçilib. O, səsvermədə Lionel Messi (PSJ) və Məhəmməd Salahı ("Liverpul") qabaqlayıb.33 yaşlı  forvard ardıcıl ikinci dəfə bu mükafatı qazanıb.

 

Levandovski 69 qolla 2021-ci ilin ən yaxşı bombardiri olub. 

Xatırladaq ki, "Barselona"nın futbolçusu  Aleksiya Putelyas isə ilin ən yaxşı qadın oyunçusu seçilib.