"Qarabağ" Futbol Klubu Peşəkar Futbol Liqasına müraciət edərək, "Azersun Arena"da aparılan təmir və bərpa işlərinin artıq yekunlaşmaq üzrə olduğunu və Misli Premyer Liqasının 2024/25 mövsümünün son ev oyunlarını bu arenada keçirmək istədiyini bildirib.
Offsideplus.az xəbər verir ki, Peşəkar Futbol Liqası, müraciətdə qeyd olunan bütün Əsasnamə tələblərinin qorunduğunu nəzərə alaraq, "Qarabağ" klubunun istəyini müsbət dəyərləndirib.
Beləliklə, 33-cü turdan etibarən — 4 may tarixində saat 18:00-da baş tutacaq "Qarabağ" – "Sumqayıt" oyunu ilə birlikdə — klub yenidən ev oyunlarını "Azersun Arena"da keçirəcək.



