"Mançester Yunayted"in hücumçusu Coşua Zirkze üçün mövsüm başa çatıb.
Offsideplus.az xəbər verir ki, "Nyukasl" ilə görüşdə zədələnən niderlandlı futbolçu bu mövsüm bir daha meydana çıxa bilməyəcək.
Zirkze ötən ilin yayında "qırmızı şeytanlar"a transfer olunub. O, cari mövsümdə 48 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.



