Belçika yığması ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Yuri Tilemans sıradan çıxıb.

Onun azı 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

İngiltərənin “Lester Siti” klubunda çıxış edən Tilemans yığmanın DÇ-2022-nin seçmə mərhələsində Estoniya və Uelsə qarşı keçirəcəyi oyunlarda iştirak edə bilməyəcək.