"Fənərbağça"nın sabiq baş məşqçisi Jorje Jesusun yeni komandası bəlli olub.

 Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Səudiyyə Ərəbistanı təmsilçisi "Əl -Hilal" ilə anlaşıb. Bu barədə klubun sosial media hesabı məlumat yayıb. Müqavilənin detalları haqda məlumat verilməyib. 

Xatırladaq ki, 68 yaşlı çalışdırıcı cari mövsümün sonunda "Fənərbağça" ilə müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılmışdı.

Qeyd edək ki, Jesus daha öncə 2018-ci ilin yanvarından 2019-cu ilə qədər "Əl-Hilal"a rəhbərlik etmişdi. O, sözügedən kollektivi bütövlükdə 25 oyuna çıxarmış, 20 qələbə, 4 heç-heçə və 1 məğlubiyyətlə yadda qalmışdı. Təcrübəli baş məşqçi bu müddətdə Səudiyyə Ərəbistanı superkubokuna da sahib çıxmışdı. 

Fəqan İbrahimli