"Əl-Nəsr"in forvardı Kristiano Ronaldo ağlayaraq onun soyadını çağıran azarkeşi axtarır.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı hücumçu "X" sosial şəbəkə hesabı üzərindən bu haqda məlumat paylaşıb:

"Mən onu axtarıram! Hər hansı bir məlumat üçün minnətdar olaram".

Qeyd edək ki, cari mövsümdə Ronaldo "Əl-Nəsr"in heyətində 11 rəsmi matçda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.