“Liverpul” klubunun futbolçusu Məhəmməd Salah Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.
Offsideplus.az xəbər verir ki, Misirin olimpiada komandasının baş məşqçisi Şavki Qarieb 29 yaşlı futbolçuya dəvət göndərməyib. Mütəxəssis Tokio-2020 üçün heyətə 22 futbolçu çağırıb.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.