UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi üzrə "Sabah" - TNS matçından əvvəl Valdas Dambrauskas media önünə çıxıb.
Offsideplus.az xəbər verir ki, litvalı mütəxəssis sabah saat 20:00-da başlayacaq oyundan əvvəl bu sözləri deyib:
"Ümid edirəm ki, bu mövsüm bizim üçün keçən il olduğu kimi uğurlu alınacaq. Azərbaycanı Çempionlar Liqasında təmsil edəcəyik, qarşımızda böyük məsiluyyət var. Bunu çox yaxşı şəkildə etmək bizim üçün şərə olar. 2 həftə Avstriyada təlim məşq toplanışı keçirdik. Bu günə qədər 21 məşqimiz olub. Bəzi yeni oyunçularımız var, onlar ilə yeni bağlantı quraq. Çox yaxşı hazırlaşmışıq. Düşünürəm ki, hazırıq. Rəqib də xoş gəlib. İnanıram ki, onlar bizim qonaqpərvərliyimizi görəcəklər. Əlimizdən gələni meydanda edəcəyik, bunu 100% görəcəksiniz".
Dambrauskas rəqibin üstün cəhətləri barədə bu sözləri deyib:
"Detallara girmək istəmirəm. Bu barədə futbolçularıma məlumat vermişəm. Onların təcrübəsi var və çempiondurlar. Onların vacib oyunçuları var ki, şans yarananda qol vurub, fərqlənə bilirlər. Onalr 20 xal qabaqlayaraq çempion oldular. Biz rəqibin yox, öz oyunumuz barədə narahat olmalıyıq. Bu kimi turnirlərdə sənin qazandığın kubok, medallar digər komandanı qorxutmur".


