Sabahdan etibarən təmsilçilərimizin avrokubok yolu start götürür. 

İlk sınaq “Sabah”ı gözləyir. “Qarabağ”ın vahid dominantlığına son qoyan “bayquşlar”ın məsuliyyəti ikiqat artıqdır. Masazır təmsilçisi ikinci dəfə çempionluğa layiq olduqlarını sübut etməlidirlər. Bunun üçün azı Konfrans Liqasına vəsiqə qazanmalıdırlar. İlk rəqib Uels TNS-idir. Matç 20:00-da start götürəcək.

Növbəti gün “Zirə” “Torpedo” ilə qarşılaşacaq. Son mövsümlərdə şanssızlıqlara düçar olan “Zirə”də bu aqibət davam edir. Düzdür, turnir cədvəlində avrokubok zonasında olmaya-olmaya vəsiqə qazandılar. Amma bu həm çempionata hazırlaşmağa mane olacaq, həm də ümümi planı pozdu. Buna baxmayaraq, “Zirə” həm özünün, həm də “Turan Tovuz”un adına meydana çıxacaq, vuruşacaq. Qarşılaşma iyunun 8-i 20:00-da başlayacaq. 

Ən rahat olduğumuz komanda “Qarabağ”dır. Köklü dəyişikliklər də olsa, nə baş versə də, bu kluba ümid sonsuzdur. Səbəb isə Qurban Qurbanovun təcrübəsi, planıdır. Ən pis halda Konfrans Liqasında mübarizə mümkün olacaq. Edilən transferlər, komandanın yenidən qurulması və hazırlıq planı “Qarabağ”ın hər üç cəbhədə olacağından xəbər verir. Rəqibi isə İslandiya 1-ci liqa təmsilçisi “Vestri”dir. Qarşılaşma iyulun 9-u 20:00-da başlayacaq.

Qeyd edək ki, "Neftçi" Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə start götürəcək.