UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində "Şaxtyor" "Bayern" ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, oyun almanların "1-5" hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesabı 5-ci dəqiqədə Ukrayna təmsilçisi açıb. Ardınca Münhen klubunun qol "yağış"ı başlayıb.

Laymer 11-ci dəqiqədə oyuna tarazlıq gətirib. Birinci hissənin sonlarında Müller komandasını önə çıxarıb. 70-ci dəqiqədə Olise 3-cü topu rəqibin qapısından keçirib. 87-də Musiala fərqlənib. Qarşılaşmada son nöqtəni əsas vaxta artırılan 3-cü dəqiqədə Olise özünün ikinci, komandasının isə 5-ci qolunu vuraraq qoyub.

Oyunda vurulan qolları təqdim edirik.