Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə sözügedən qurumun mətbuat xidməti məlumat yayıb.
O, Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “İnter” (İtaliya) - “Leyptsiq” (Almaniya) matçında UEFA nümayəndəsi olacaq.
Xatırladaq ki, qarşılaşma noyabrın 26-da baş tutacaq.