"Bayern" forvardı Harri Keyn Çempionlar Liqasının 3-cü turu çərçivəsində "Barselona"ya 4:1 hesabı ilə məğlub olduqları matçda sonra açıqlama verib.
Offsideplus.az xəbər verir ki, məlumatı "Goal" nəşri yayıb. Təcrübəli hücumçu bunları söyləyib:
"İlk hissədə səfərdə üç qol buraxmaq bizim üçün əla başlanğıc deyildi. İlk hissədə həqiqətən "Barselona" yaxşı oynadı. Biz rəqiblə bacarmadıq"
Qeyd edək ki, "Bayern" növbəti turda doğma meydanda "Benfika"nı qəbul edəcək.