Mohamed Salah yeni rekorda imza atıb. 

Offsideplus.az xəbər verir ki, misirli futbolçu Çempionlar Liqasında ən çox qol vuran afrikalı futbolçu olub.

Turnirin Liqa mərhələsinin 2-ci turunda "Bolonyo" ilə matçda (2:0) fərqlənən vinger Didye Droqbanı qabaqlayıb.

Salah Çempionlar Liqasında 45 qol vurub. Droqbada isə bu göstərici 44-dür. Üçüncü sırada isə Samuel Eto yer alıb.