"Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyuna çıxıb.
Offsideplus.az xəbər verir ki, Ağdam klubu 3-cü təsnifat mərhələsində Norveçin "Molde" komandası ilə qarşılaşıb. Oyunun əsas vaxtında qol olmayınca əlavə yarım saata ehtiyac duyulub.
Əlavə vaxtda da hesab açılmayıb və penaltilər seriyasına müraciət edilib. Burada daha dəqiq olan "Molde" pley-off mərhələsinə vəsiqə qazanıb.
Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq və ən azı Avropa Liqasının qrupuna vəsiqəni təmin edəcək. Pley-off oyunları 22-23 və 29-30 sentyabrda olacaq.
16 sentyabr
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi
Heyətlər:
"Qarabağ": Şahruddin Məhəmmədəliyev (q), Bədavi Hüseynov, Maksim Medvedev (k), Medina Renteria, Donald Gerye, Uroş Matiç, Qara Qarayev, Ovusu Kvabena, Filip Ozobiç, Abdullah Zubir, Mahir Emreli
"Molde: Linde (q), Ellinqsen, Qreqersen, Uinqo, Hagen, Hussein, Aursnes, Hestad, Nutzon, Ceyms