Norveç "Molde"si Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la oyunun Kiprin Larnaka şəhərinə salınması qərarına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, klubun direktoru Ole Erik Stavrum "Sporten.com" nəşrinə açıqlamasında qərardan məmnun olduqlarını gizlətməyib:
"Bu, ən yaxşı həlldir. Kipr karantin olmadan geri döndüyümüz sarı zona ölkələrindəndir. Amma vəziyyət dəyişə də bilər. Biz hər şeyə hazırıq. İstənilən halda, qərara görə sevinirik. Uçuş və otel rezervasiyası barədə düşünməyə vaxtımız olacaq".
Qeyd edək ki, sentyabrın 16-da Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.