"Təəssüf ki, belə alındı. Nəticə son dərəcə üzücüdür. Çünki 4 qoldan 3-nü özümüz öz qapımıza vurduq".
Offsideplus.az məlumat verir ki, bu sözləri Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barselona" ilə səfər oyunundan sonra İtaliya mətbuatına açıqlamasında "Roma"nın hücumçusu Edin Ceko deyib. Komandasının "Nou-Kamp"dakı 1:4 hesablı məğlubiyyətini şərh edən bosniya və herseqovinalı forvard matçın baş hakimi Danni Makieleni günahlandırıb. Təcrübəli futbolçu rəqibin cərimə meydançası daxilində özünə qarşı qayda pozuntusu zamanı hollandiyalı referininin penalti təyin etməli olduğunu bildirib:
"Əgər oyunun əvvəlində mənə qarşı kobudluq olunanda penalti təyin olunsaydı, qarşılaşma başqa məcrada keçə bilərdi. Amma hakimin "Nou-Kamp"da 11 metrlik nöqtəni göstərməyə cəsarəti çatmadı. Bilirik, "Barselona" güclü komandadır. Oyun 1:3 hesabı ilə bitsəydi, daha ədalətli olardı. Amma çox səhv buraxanda, "Barselona" bunu bağışalmır. Səni cəzalandırır".