Miha Zayts cari mövsümü Fransa 1-ci Liqasında keçirəcək.

Offsideplus.az xəbər verir ki, "Fənərbağça" sloveniyalı yarımmüdafiəçinin "Tuluza" klubuna keçidini açıqlayıb. Zayts Fransa təmsilçisinə 1 illik icarəyə göndərilib.

Qeyd edək ki, Miha 2019-cu ildən "sarı-lacivərtlər"in formasını geyinir.