Robert Levandovski fantastik transfer təklifi alıb.

Offsideplus.az xəbər verir ki, transfer bazarında növbəti böyük bomba partlamaq üzrədir.

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Barselona"nın polşalı ulduzu Robert Levandovskini heyətinə qatmaq üçün ağlasığmaz bir təklif irəli sürüb.

Səudiyyə təmsilçisi təcrübəli hücumçuya hər mövsüm üçün 90 milyon avro maaş təklif edib. Bu, futbol tarixinin ən yüksək maaş təkliflərindən biri hesab olunur.

Polşalı qol maşınının bu "çılğın" təklifi qəbul etməyə çox yaxın olduğu və "Barselona"dan ayrılmağa hazırlaşdığı bildirilir.

Əgər bu transfer reallaşarsa, Levandovski də Kriştiano Ronaldo və Neymar kimi ulduzların ardınca Səudiyyə Pro Liqasının yolunu tutacaq.