İtaliya futbolunda mövsümün ən böyük kuboklarından biri öz sahibini tapıb.

Offsideplus.az xəbər verir ki, "İnter" İtaliya Kubokunun (Coppa Italia) finalında "Latsio"nu 2-0 hesabı ilə məğlub edərək çempionluğunu elan edib.

Romanın "Stadio Olimpico" arenasındakı bu qələbə ilə "İnter" klub tarixində 10-cu dəfə bu kuboku muzeyinə aparmağı bacarıb.

Artıq İtaliya A Seriyasının çempionluğunu rəsmiləşdirən Milən təmsilçisi baş məşqçi Kristian Kivunun rəhbərliyi altında mövsümü "qızıl dubl" ilə başa vurub.

"İnter" qarşılaşmaya üstün tərəf kimi başlayıb və qələbəni ilk hissədə vurduğu qollarla təmin edib:

14-cü dəqiqədə künc zərbəsindən sonra yaranan qarışıqlıqda "Latsio"nun müdafiəçisi Adam Maruşiç topu bədbəxtlikdən öz qapısına göndərib (1-0).

35-ci dəqiqədə komandanın kapitanı və ulduzu Lautaro Martines səhnəyə çıxaraq fərqi ikiyə çatdırıb və oyunun taleyini həll edib (2-0).