Fransa Liqa 1-də 2025/26 mövsümünün qalibi bəlli olub.

Offsideplus.az xəbər verir ki, təxirə salınmış 29-cu turun mərkəzi qarşılaşmasında PSJ səfərdə ən yaxın izləyicisi "Lans"u 2-0 hesabı ilə məğlub edərək, mövsümün bitməsinə bir neçə tur qalmış çempionluğunu rəsmiləşdirib.

Luis Enrikenin yetirmələri həm oyun, həm də nəticə baxımından dominantlıq nümayiş etdiriblər. Qələbə sayəsində PSJ klub tarixində 14-cü dəfə Fransa çempionu tituluna sahib çıxıb:

Matçın 29-cu dəqiqəsində komandanın gürcü ulduzu Xviça Kvaratsxeliya hesabı açıb (1-0) və son nöqtəni isə 90-cı dəqiqədə gənc hücumçu İbrahim Mbaye qoyub (2-0).

Bu qələbədən sonra PSJ xallarının sayını 76-ya çatdıraraq, ikinci pillədəki "Lans"la fərqi 9 xala çıxarıb.