Çempionlar Liqasına vəsiqəni təmin edən "Mançester Yunayted" yay transfer pəncərəsi üçün iddialı planlarını işə salıb.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Maykl Kerrikin rəhbərliyi altında yeni mövsümə hazırlaşan klub orta xətti gücləndirmək məqsədilə 13 futbolçudan ibarət geniş namizədlər siyahısı müəyyənləşdirib.

INEOS rəhbərliyinin əsas hədəfi komandadan ayrılacağı gözlənilən təcrübəli oyunçuların yerini doldurmaq və Koubi Maynu ilə güclü tandem yarada biləcək dinamik yarımmüdafiəçilər cəlb etməkdir.

Klubun skaut qrupunun izlədiyi 13 nəfərlik siyahıda həm Premyer Liqa ulduzları, həm də Avropanın gənc istedadları yer alır:

  • Premyer Liqdan: Adam Uorton ("Kristal Pelas"), Sandro Tonali ("Nyukasl"), Elliot Anderson ("Nottingem Forest"), Karlos Baleba ("Brayton"), Joao Qomes ("Vulverhempton"), Mateus Fernandes ("Vest Hem"), Tayler Adams və Aleks Skott ("Bornmut").

  • "Real Madrid"dən: "Yunayted" rəhbərliyi İspaniya klubundakı vəziyyəti yaxından izləyir və Federiko Valverde ilə Orelyen Çuamenini siyahının ən üst pillələrində saxlayır.

  • Avropadan gənc istedadlar: Ederson ("Atalanta"), Ayub Buaddi ("Lill") və Xristos Muzakitis ("Olimpiakos").

"Mançester Yunayted" rəhbərliyi bu dəfə fərqli bir yanaşma nümayiş etdirir. Geniş siyahının hazırlanması əsas hədəflərlə danışıqlar uğursuz olduğu halda vaxt itirmədən alternativlərə keçməyə imkan verəcək.