"Arsenal" rəhbərliyinin Çempionlar Liqasının finalı üçün Budapeştə səfər edəcək işçilərinə tətbiq etdiyi qiymət siyasəti klub daxilində ciddi gərginlik yaradıb.
Offsideplus.az xəbər verir ki, klub 20 ildən sonra ilk dəfə bu turnirin finalına yüksəlsə də, işçilərin sevinci maliyyə tələbləri ilə kölgələnib.
London klubundan fərqli olaraq, hazırkı Çempionlar Liqasının qalibi PSJ öz işçiləri üçün əsl jest edib.
Paris təmsilçisi bu addımı mövsüm boyu zəhmət çəkən hər kəsə təşəkkür əlaməti kimi qiymətləndirib. Hətta futbolçuların öz bonuslarının bir hissəsindən imtina edərək işçilərin səfər xərclərinə dəstək olduqları bildirilir.


