Türkiyə Kubokunun yarımfinal mərhələsində "Trabzonspor" səfərdə "Gənclərbirliyi" ilə qarşılaşaraq geriyə düşdüyü oyunda möhtəşəm geridönüş edib.

Offsideplus.az xəbər verir ki, 2-1 hesablı qələbə qazanan "bordo-mavililər" adını finala yazdırıb.

Eryaman Stadionunda keçirilən gərgin mübarizədə "Trabzonspor" üst-üstə üçüncü dəfə kubokun finalına yüksəlməklə tarixi uğura imza atıb.


Qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə başa çatsa da, ikinci hissədə dramatik anlar yaşanıb. 62-ci dəqiqədə Erk Arda Aslanın qolu ilə "Gənclərbirliyi" hesabı açıb (1-0).

78-ci dəqiqədə küncdən ötürülən topdan sonra Arda Çağan Çelikin tərs vuruşu (öz qapısına qol) hesabı bərabərləşdirib (1-1).

Matçın taleyini 90+2-ci dəqiqədə Ernest Muçi həll edib. Onun uzaq məsafədən vurduğu qol "Trabzonspor"a final biletini gətirib (1-2).

Bu qələbə ilə "Trabzonspor" finalda "Konyaspor"un rəqibi olub. Mövsümün ən önəmli matçlarından birinin detalları bəllidir:

  • Tarix: 22 may 2026, Cümə

  • Saat: 21:45

  • Məkan: Antalya Stadionu (Corendon Airlines Park)