Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Fotomaç"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Barselona"dan icarəyə götürdüyü qapıçı İnaki Penanı birdəfəlik transfer edəcək.
Hazırda 23 yaşlı qolkiperin keçidi üçün danışıqlar aparılır.
"Qalatasaray" 12 ildir ki çərçivəsini qoruduğu Fernando Musleranı gənc əlcək sahibi ilə əvəzləmək niyyətindədir.
Qeyd edək ki, Pena ötən il icarə əsasında "Cim-bom"a keçib.