Argentinanın "Boka Xuniors" klubu "Qalatasaray"ın uruqvaylı qolkiperi Fernando Musleranı transfer etmək istəyir.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cənubi Amerika təmsilçisi bu yay baş tutacaq yay transfer pəncərəsi dövründə 31 yaşlı əlcək ustası üçün "cim-bom"a təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, Muslera 2011-ci ildən "Qalatasaray"da çıxış edir.