"Qalatasaray" rəhbərliyi yeni mövsümdən etibarən futbolçularına verəcəyi məvaciblərin məbləğini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, İstanbul nəhəngi uruqvaylı qapıçısı Fernando Musleranın maaşını azaldıb. Belə ki, hazırda 3 milyon 575 milyon avro qazanan 34 yaşlı qolkiper gələn mövsümdən 2,5 milyon alacaq. Bununla belə "cim-bom"un yeni transferlərinin heç biri Musleradan artıq məvacib almayacaq.
Komandanın 5 milyon avro alan kolumbiyalı hücumçusu Radamel Falkao isə mövsümün sonunda klubdan göndəriləcək.
3,3 milyon qazanan Belhanda isə 1,5 milyon avro maaşı qəbul etmədiyi təqdirdə onunla da yollar ayrılacaq.