İspaniyanın "Sevilya" klubunun qapıçısı Serxio Riko karyerasını Türkiyədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, "Qalatasaray" Rikonun xidmətində maraqlıdır. "Cimbom" rəhbərliyi 26 yaşlı qolkiperi uzun müddətə sıradan çıxan Fernando Musleranın əvəzedicisi hesab edir.

Qolkiper 2019-2020 mövsümünü icarə əsasında PSJ-də keçirib. 8 oyunda meydana çıxan ispan əlcək ustası qapısında 6 qol görüb.

Hazırda Rikonun transfer qiyməti 8 milyon avro təşkil edir.