"Qalatasaray" qapıçı axtarışına başlayıb.

 Offsideplus.az xəbər verir ki, klubun əsas qapıçısı Musleranın ayağındakı sınıqdan sonra yeni mövsümün ikinci yarısına qədər oynamayacağı dəqiqləşib. "Cim-bom" rəhbərliyi bu müddətdə uruqvaylını əvəzləyəcək namizədləri gözdən keçirir.

"Qalatasaray" qapıçı ilə bağlı seçimdə iki nüansa diqqət edəcək. İstanbul təmsilçisi Çempionlar Liqasına (ÇL) vəsiqə qazanacağı təqdirdə, əlcəklər məşhur qapıçıya etibar olunacaq.

Bu baxımdan ən uyğun 2 namizəd mövsümün sonunda "Monako"dan ayrılacaq Daniel Subaşiç və İngiltərə millisinin sabiq qolkiperi Co Hartdır.

Klub ÇL vəsiqəsi qazanmasa, yerli qapıçılar Sinan Bolat ilə "Rizespor"lu Gökhan Akkan komandaya cəlb oluna bilər.

"Qalatasaray" üçün ən ideal seçim Volkan Babacan olsa da, "Başakşehir"in onu asanlıqla satacağı real görünmür.

Qeyd edək ki, Muslera matçın 15-ci dəqiqədə rəqib futbolçusu Mlan Şkoda ilə toqquşma zamanı ayağından xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. Uruqvay millisinin üzvünün ayağında iki qırıq aşkarlanıb. 34 yaşlı qolkiper iyunun 16-da, doğum günündə əməliyyat olunacaq.