Zinəddin Zidan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, məlumatı "Teamtalk yayıb.

Xəbərə görə, "Mançester Yunayted"in şərikli sahibi olan iş adamı Cim Retkliff təcrübəli mütəxəssisi klubun "sükanı arxasında" görmək istəyir. 

Qeyd edək ki, Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real Madrid"i çalışdırıb.