"Çelsi" klubu "Real"ın gənc hücumçusu Endriki transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, "zadəganlar" 18 yaşlı futbolçu üçün 70 milyon avro ödəməyə hazırdır. Bu barədə "Defensa Central" portalı məlumat yayıb.
"Real" Endriki ötən ilin yayında 47 milyon avroya "Palmeyras"dan heyətinə qatıb. Braziliyalı cari mövsümdə 29 oyunda 7 qol vurub.